Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Müdafiə Nazirliyini tərk etmir
- 30-08-2023, 21:04
- Dünya
Ermənistanda 44 günlük müharibədə itkin düşmüş hərbçilərin yaxınları Müdafiə Nazirliyinin qarşısına toplaşaraq müdafiə naziri Suren Papikyanla görüş tələb edirlər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İnsanlar binaya daxil olaraq nazirlə görüşənə qədər oradan çıxmaqdan imtina ediblər. İtkin düşmüş şəxslərdən birinin anası - Karina Manavazyan bildirib ki, onları nazirlə görüşə dəvət ediblər.
“Mayın 2-dən bu görüşü gözləyirik. Səhər saat 11:00-dan buradayıq və məlum olur ki, nazir yerində deyil və bizi onun müavini Arman Sarkisyan qəbul etməlidir. Onunla iki saat danışdıq, lakin heç bir suala cavab ala bilmədik. O deyir ki, uşaqlarımızın harada olması ilə bağlı dəqiq məlumat yoxdur. Nazir bizi qəbul edənə qədər biz buradan getməyəcəyik”, - Manavazyan söyləyib.
Onun sözlərinə görə, onları binadan çıxarmaq istəyirlər, lakin onlar çıxmaqdan imtina edirlər.
Qeyd edək ki, nazirlik binasına toplaşanlar kimyəvi müdafiə bölməsindən olan hərbçilərin yaxınlarıdır. Ermənistan KİV onların II Qarabağ müharibəsi zamanı Zəngilan rayonuna göndərildiyini, o vaxtdan onlardan heç bir xəbər olmadığını yazır.