“ABŞ 30 il ərzində necə davranıbsa, indi də elə davranır, ikili standartlardan çıxış edir” - RƏY
- 11-08-2023, 18:34
- Dünya
“ABŞ 30 il ərzində necə davranıbsa, indi də elə davranır. Vaşinqton daim ikili standartlardan çıxış edib”.
Bunu “Report”a açıqlamasında professor, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
O bildirib ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də hökm sürür:
“ABŞ-dəki erməni lobbisi və Ağ Evin regional siyasəti bu dövlətin obyektiv mövqe ortaya qoymasına imkan vermir. Həmçinin ABŞ-də ciddi erməni təbliğat resursları var. Bunlar təbii ki, alınan qərarlara təsir edir”.
Professorun fikrincə, bu gün ABŞ-nin Ukraynanın və Azərbaycanın ərazi bütövlüyünə fərqli münasibəti rəsmi Vaşinqtonun proseslərə öz maraqları kontekstindən yanaşmasının ən bariz nümunəsidir:
“ABŞ-nin Azərbaycanın həqiqətləri ilə bağlı bir sıra hallarda sərgilədiyi qeyri-adekvat mövqe, həmçinin rəsmi Bakı ilə İrəvana eyni gözlə baxmaması, şübhəsiz ki, Azərbaycan ictimaiyyətini qane etmir. Bu narazılıq tamamilə əsaslıdır”.
S.Məmmədlinin sözlərinə görə, ABŞ sözdə dediklərini əməldə də göstərməlidir:
“ABŞ ərazi bütövlüyü məsələsini gündəmə gətirsə də, anklavlarla bağlı hələ də Ermənistana xəbərdarlıq etməyib, Naxçıvanın blokadası məsələsini nəzərə almayıb. Bu özü də ikili standartların növbəti nümunəsidir. Yəni rəsmi Vaşinqtonun dedikləri ilə atdığı addımlar bir çox hallarda üst-üstə düşmür”.
Qeyd edək ki, Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Amma əslində ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentin qeyri rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanların mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər.
Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı. Eyni zamanda Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiq edən ABŞ digər tərəfdən separatçı Bako Saakyan və diqər quldurbaşılara Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verirdi.