“Boeing” şirkəti: “787 Dreamliner” təyyarələrində texniki qüsur aşkarlanıb"
- 7-06-2023, 10:57
- Dünya
“Boeing” şirkəti “787 Dreamliner” təyyarələrində texniki qüsurun aşkar edildiyini açıqlayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, bu, tədarükə qismən təsir edə bilər. Məlumata görə, xidmətdə olan “787 Dreamliner”lər üfüqi stabilizatorlarında qüsur aşkarlanıb.
Açılamada vəziyyətin təcili təhlükəsizlik problemi olmadığı və xidmətdə olan təyyarələrin fəaliyyətini davam etdirə biləcəyi qeyd olunur.
Bununla belə, şirkət qeyd edib ki, yoxlamalar və lazımi işlər yaxın müddətli tədarüklərin vaxtına cüzi təsir edəcək, ancaq problem bütün il boyu tədarükü dəyişdirməyəcək.
Qeyd edək ki, “Boeing” “787 Dreamliner”lərin gövdəsindəki problem səbəbindən bu ilin əvvəlində təyyarələrin tədarükünü bir neçə həftə dayandırıb.