Aİ G7 sammitində Ukraynaya hərbi yardımın artırılmasına israr edəcək
- 15-05-2023, 17:04
- Dünya
Avropa İttifaqı (Aİ) “Böyük yeddiliy”in (G7) Hirosimada keçiriləcək sammitində Ukraynaya hərbi yardımı genişləndirmək və sürətləndirməkdə israr edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib.
“Liderlərin iki əsas prinsipi dəstəkləyəcəklərini gözləyirəm. Birincisi odur ki, biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik. İkinci prinsip "Ukraynasız Ukrayna ilə bağlı heç nə"dir. “Lazım olduğu qədər” dedikdə, 2023-cü ildən sonra da daxil olmaqla, əsas maliyyə yardımı, eləcə də “burada və indi” fokuslu hərbi yardımın sürətləndirilməsi başa düşülməlidir. “Ukraynasız Ukrayna ilə bağlı heç nə” ifadəsi isə Ukrayna Prezidenti Volodimir Zelenskinin planına güclü dəstək deməkdir”, - Ursula fon der Lyayen çıxışında deyib.
Şarl Mişel isə, öz növbəsində, Ukraynanın daha çox, özü də qısa zamanda hərbi yardıma ehtiyacı olduğunu söyləyib: “Bu, onun əks-hücumu üçün lazımdır”.
Aİ Şurasının sədri həmçinin vurğulayıb ki, Aİ G7 sammitində Zelenskinin sülh planını tam dəstəkləyəcək. “G7 sammitində Zelenskinin sülh formulunu tam dəstəkləyəcəyik. Sülh şərtlərinə yalnız Ukrayna qərar verməlidir”, - o əlavə edib.
Bundan əlavə, AK rəhbəri və Aİ Şurası sədri İttifaqın G7-dən Rusiyaya qarşı sanksiyaları artıq tətbiq edilmiş 11-ci Aİ paketi ilə sinxronlaşdıracağını gözlədiyini də bildiriblər.