ABŞ dövlət katibinin ilk qadın müavini yayda vəzifəsini tərk edəcək
- 12-05-2023, 07:57
- Dünya
ABŞ dövlət katibinin müavini Vendi Şermanın yayda vəzifəsini tərk edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, bu barədə yaxın günlərdə rəsmi məlumat veriləcək. Şerman vəzifəsindən getdikdən sonra dövlət katibinin birinci müavini vəzifəsini kimin icra edəcəyi hələ məlum deyil. ABŞ Konqresinin Senatı 2021-ci ilin aprelində Şermanın ABŞ xarici siyasət departamenti rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini təsdiqləyib. O, bu vəzifəyə təyin olunan ilk qadın olub.