Qazaxıstan artıq dördüncü ildir hərbi paraddan imtina etməsinin səbəbini açıqladı
- 24-04-2023, 20:03
- Dünya
Qazaxıstan bu il də mayın 9-da hərbi parad keçirməmək qərarına gəlib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan qeyd edilib ki, paradların keçirilməsi üçün büdcə vəsaitinə qənaət və digər problemlərin həlli zərurəti ilə əlaqədar planlaşdırılmayıb.
“Hazırda qurumun prioriteti Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığı və mobillik səviyyəsini qorumaqdır. Bununla belə, hərbi hissələrdə kiçik hərbi-vətənpərvərlik tədbirləri keçiriləcək”, - deyə Müdafiə Nazirliyindən vurğulanıb.
Xatırladaq ki, 2020 və 2021-ci illərdə Qələbə Günü və Vətən Müdafiəçisi Günü ilə bağlı keçirilən hərbi paradlar koronavirusa görə ləğv edilib. Həmçinin 2022-ci ildə büdcə vəsaitlərinə qənaət məqsədilə parad keçirilmədi.
Mənbə: Arbat.media