Ukraynada şəhərlər, qəsəbələr yer üzündən silinə bilər - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumata görə, fevralın 23-24-də Kiyevə, eləcə də cəbhədənkənar vilayətlərə raket hücumları gözlənilir.
“Hücumun o qədər də güclü olmayacağı deyilir. Bu da onunla izah edilir ki, Rusiya ordusunun artıq genişmiqyaslı hücum üçün əlində raket ehtiyatı qalmayıb”, - deyə jurnalist əlavə edib.
Qeyd edilib ki, Ukrayna “Leopard” tanklarının gətirilməsi, eləcə də yeni bombardmançı təyyarələrin alınmasından sonra əks-hücuma keçməyi planlaşdırır.
“Rusiya ordusunun da geri çəkilmək iddiasında olmaması yaz aylarında ağır döyüşlərin olacağından xəbər verir”, - deyə M.Aslanov qeyd edib.
O da bildirilib ki, Rusiya nüvə silahından istifadəyə əl atarsa, şəhərlər və qəsəbələr yer üzündən tamamilə silinə bilər.