Avropalıların təqribən 40 faizinin ölüm səbəbi açıqlandı - FOTO
- 3-02-2023, 08:38
- Dünya
Mütəxəssislər 2015-ci ilin iyun-avqust ayları arasında Avropanın 93 şəhərində yaşayan 57 milyon əhalini əhatə edən 20 yaşdan yuxarı insanlar arasında ölüm nisbətini hesablayıblar. Məlum olub ki, bu ölkələrdə yaşıllıq sahəsi 30 faiz artıq olsa idi, istilərlə bağlı ölümlərin heç olmasa 1/3-nin qarşısını almaq olardı.
Bu barədə İspaniyanın Pompeu Fabra Universitetinin alimləri məlumat veriblər. Onların araşdırmalarının nəticələri “Lancet” jurnalında dərc edilib.
Tədqiqatçılar ölüm nisbətlərini orta gündəlik temperaturla iki modeldə yoxlayıblar; bunlardan biri şəhər istilik adalarının təsirini nəzərə alıb, digərində isə ağac sahəsinin 30 faiz artması səbəbindən temperaturun azalmasını simulyasiya edib.
Nəzərdən keçirilən dövrdə şəhərlərdə havanın temperaturu şəhərətrafı və kənd yerləri ilə müqayisədə orta hesabla 1,5 dərəcə yüksək olub. Maksimum fərq Rumıniyanın Kluj-Napoka şəhərində müşahidə olunub, burada temperatur 4,1 dərəcə yüksək olub.
Beləliklə, şəhərlərdə yüksək temperaturla əlaqələndirilən 6700 vaxtından əvvəl ölüm araşdırılarkən müəyyən olunub ki, ağaclarla örtülmüş sahənin 30 faiz artırılması, bu rəqəmi 2644-ə azalda bilərdi.
Bu, yüksək şəhər temperaturu ilə əlaqəli bütün ölümlərin 39,5 faizinə, bütün yay ölümlərinin 1,8 faizinə və bütün illik ölümlərin 0,4 faizinə uyğun gəlir.