Pentaqon tərkibindəki şübhəli materiallara rəğmən yeni F-35-lərin orduda istifadəsinə icazə verib
- 9-10-2022, 10:42
- Dünya
ABŞ Müdafiə Nazirliyi F-35 qırıcı-bombardmançı təyyarələrinin iki partiyasındatələblərə cavab verməyən xüsusi metallar aşkar edilməsinə baxmayaraq, onların Silahlı Qüvvlərin arsenalına qəbul olunmasına icazə verib.
Bu barədə şənbə günü Pentaqonun mətbuat xidmətinin yaydığı ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill LaPlantın bəyanatında deyilir.
Bildirilir ki, Müdafiə Nazirliyinə tələblərə cavab verməyən xüsusi metallardan ibarət 13 və 14-cü partiyalardan F-35 qırıcılarını qəbul etməyə icazə verilib. Söhbət ümumilikdə 126 təyyarədən gedir. Təyyarələrin qəbulu milli təhlükəsizlik maraqları ilə əsaslandırılıb.
Qeyd edək ki, bir qədər əvvəl texniki yoxlamalar zamanı qırıcıların hazırlanmasında Çindən alındığı bildirilən ərintilərdən istifadə olunması aşkar olunub.