azadses.az » Dünya » Deputat: “Məcburi köçkünlər tezliklə Laçın şəhərinə, Zabux və Susa geri qayıdacaqlar”

Deputat: “Məcburi köçkünlər tezliklə Laçın şəhərinə, Zabux və Susa geri qayıdacaqlar”

“Azərbaycan öz öhdəliklərinə hər zaman əməl edir və Laçın şəhərinin ətrafından keçən yeni yolun inşasını vaxtında başa vurmaqla öz sözünün sahibi olduğunu bir daha göstərdi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti bərpa edəcəyindən danışarkən deyib.

Laçın dəhlizinə alternativ yolun Azərbaycandakı hissəsində işlər yekunlaşıb. Bununla da Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxaraq alternativ marşruta dislokasiya edilirlər.

Nurlan Həsənov qeyd edib ki, məcburi köçkünlərimiz tezliklə öz yurdlarına, Laçın şəhəri, Sus və Zabux kəndlərinə qayıdacaqlar.

“Yeni yolun vaxtında hazır vəziyyətə gətirilməsi Azərbaycan hakimiyyətinin 10 Noyabr Bəyanatının bütün şərtlərinin icrasına önəm verdiyini və tələbkar yanaşmasını göstərir. Yeni yolun inşası zamanı erməni əhalisi ilə təmasların sülh şəraitində qurulması, yaxın gələcəkdə erməni və Azərbaycan əhalisi arasında birgə yaşayışın mümkünlüyünə olan ümidləri artırır”,-deyə o əlavə edib.

O bildirib ki, Azərbaycanın xoşməramlı münasibəti Ermənistan tərəfindən qarşılıq tapmalıdır.

“Ermənilər ərazilərin minalanması və ya digər hərəkətlərlə düşmən münasibət göstərməkdənsə, Azərbaycanın humanist mövqeyinə qiymət verməlidirlər. Ümid edək ki, Ermənistan ərazilərin minalanması kimi pis niyyətli davranışlarından əl çəkəcək, erməni separatçılar Laçın şəhəri və ətraf kəndləri minalamış əraziyə çevirmədən oranı tərk edəcəklər”.

Milli Məclis üzvü daha sonra əlavə edib:

“Təəssüf ki, Ermənistan tərəfi bu torpaqların tarixi və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bilməsinə baxmayaraq, torpaqlarımızı 30 il işğal altında saxladı, infrastrukturu dağıtdı, yaşıllıqları məhv etdi.

İndiyədək Ermənistanın siyasi hakimiyyəti öz xalqına bu mövzuda çox yalanlar danışıb, ciddi beynəlxalq hüquq pozuntusu törədərək qanunsuz məskunlaşmalar həyata keçirib. Ermənistan hakimiyyəti öz cəmiyyətinə reallıqları çatdırmalıdır. Sülhə gedən yol reallıqlarla barışmaqdan keçir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”