Erməni deputat: “Azərbaycanın tələbi ilə Qarabağdakı hərbçilərimiz tərxis olunur” - FOTO
Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar.
Bu barədə erməni deputat Tiqran Abramyan özünün “Facebook” hesabında məlumat verib.
O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir.
“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, - deyə deputat yazıb.