azadses.az » Dünya » Diplomatik xidmət orqanları rəhbərlərinin Bakı və Şuşada keçirilən müşavirəsi başa çatıb - FOTO

Diplomatik xidmət orqanları rəhbərlərinin Bakı və Şuşada keçirilən müşavirəsi başa çatıb - FOTO

8-9 iyul 2022-ci il tarixlərində Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirilib.

XİN-dən verilən məlumata görə, 8 iyul 2022-ci il tarixində müşavirənin Bakı şəhərində keçirilən sessiyası ADA Universitetində XİN-in rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, AR Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirin açılışında ADA Unibersitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, müşavirəyə ADA Universitetinin ev sahibliyi etdiyini məmnunluqla qeyd edib. Rektor, müşavirənin işinə uğurlar arzulayıb.

Müşavirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. Çıxışlarda, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülən tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakımız, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Müşavirə çərçivəsində diskussiyalar panel müzakirələri şəklində davam edib.

9 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyinin, habelə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib. Tədbir çərçivəsində münaqişədən sonra azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri mövzusuna həsr edilmiş paneldə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə nümayəndəsi Emin Hüseynov tərəfindən geniş təqdimatlar edilib. Daha sonra növbəti paneldə AR Heydər Əliyev Fondunun təşəbbüsü və XİN-in dəstəyi ilə dərc olunan, Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadzenin rəhbərliyi altında gürcü alimləri tərəfindən işlənib hazırlanmış, Qarabağ xanlığının zəngin tarixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib. Təqdimatda Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadze, habelə AMEA-nın Tarix İnstitunun baş direktoru Kərim Şükürov çıxış ediblər. Tədbirdə, həmçinin xarici mütəxəssislər tərəfindən Qarabağ bölgəsi ilə bağlı edilən araşdırmalar sırasında alman alim M. Raynhard Hess tərəfindən dərc edilən “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabı ilə bağlı məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən bu kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əgəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb.










DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”