Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq - FOTO
- 23-06-2022, 18:17
- Dünya
![](/uploads/posts/2022-06/medium/1655992122_gettyimages-1227698739.jpg)
Günəş sisteminin yeddi planeti - Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.
O da vurğulanır ki, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.
Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.
![](/uploads/posts/2022-06/medium/1655992167_dawn-june-24_wide-01ed20003043eb20afbdaced81d269b241f0ba8c-s800-c85.jpg)