Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib
![](/uploads/posts/2022-05/medium/1653490316_0ba29a0e-1aef-35b2-a527-55476f527aa8_850-1.jpg)
"Report"un Türkiyə bürosu xəbər verir ki, generalın rəhbərlik etdiyi şəxsi heyət Türkiyənin Konya şəhərində keçirilən ənənəvi "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərini izləyib.
Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.