Macarıstanda ilk dəfə qadın prezident seçildi
- 10-03-2022, 16:48
- Dünya
Bu gün Macarıstanda prezident seçkiləri keçirilib.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, 44 yaşlı Katalin Novak prezident seçilib. Bununla da ölkə tarixində bir ilk yaşanıb.
Yaxın vaxtlara qədər ailə məsələləri üzrə nazir olmuş Novak hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasından namizəd olub.
O, Macarıstan Milli Bankının əməkdaşı İştvan Vereşlə ailəlidir. Onların biri qız və ikisi oğlan olmaqla üç övladı var.
Qeyd edək ki, Macarıstanın hazırkı Prezidenti, 62 yaşlı Yanoş Ader 2012-ci ildən bu vəzifədə iki dəfə beş il müddətində - ölkə konstitusiyasının icazə verdiyi maksimum müddət ərzində çalışıb. Onun səlahiyyət müddəti mayın 10-da başa çatır.