“Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq” - Çavuşoğlu
- 4-03-2022, 19:21
- Dünya
![](/uploads/posts/2022-03/medium/1646407501_cavusoglu.jpg)
“Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Ankara Rusiya üçün hava məkanını bağlamayacaq. Türkiyə hava məkanının açıqlığı strateji və humanitar baxımdan vacibdir", - Çavuşoğlu qeyd edib.
Türkiyə diplomatiyasının rəhbəri həmçinin əlavə edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.