Basayevin dəstəsinin daha bir üzvü saxlanıldı
1999-cu ildə Dağıstanın yaşayış məntəqələrinə hücumda iştirak edən Şamil Basayev və Əmir Xəttabın dəstəsinin daha bir üzvü saxlanılıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, o, 1999-cu il iyulun ortalarında könüllü olaraq Şamil Basayev və Əmir Xəttabın başçılıq etdiyi dəstəyə qoşulub.
“Hücumda Stavropol diyarının Neftekumski rayonundan olan Eldar Maşayevin əli olduğuna dair sübutlar əldə edilib... Maşayev Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, 1999-cu il avqustun 7-dən avqustun 24-dək avtomat silah, qumbaraatan və partlayıcı qurğularla silahlanmış ən azı min yaraqlı Dağıstanın Botlix bölgəsində qiyamda iştirak edib. Kütləvi atəş nəticəsində 33 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.