Sülhməramlılar, siz nə edirsiniz?
Azərbaycan ərazilərinin bir hissəsinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti qeyri-hökumət təşkilatlarının missiyasını xatırladır.
Daha dəqiq desək, xeyriyyəçilik adı altında pərdələnib özlərinin maraqlarını şüuraltına yeridən, böyük mənfəət güdən QHT-lərin.
Sülhməramlılar yerləşdirildikdən sonra onların hərbi xidmət sferasında nələrin şahidi olmadıq?! Gah uşaq doğuzdurdular, gah ağac əkdilər, gah bağça şənliyinə getdilər.
Hərbi xidmətə uyğun yeganə fəaliyyətləri isə onların hərbi təlim keçməsidir, hərçənd ki, bunun özünün də 10 noyabr bəyanatına uyğunluğu böyük şübhələr yaradır.
Sülhməramlılar deyəsən bekar qalıblar, hərbi xidmət keçən şəxslər gözəl bilir ki, hərbçi bekar qalanda ortaya hansı “yaradıcılıq” fantaziyaları çıxır.
Görünür ki, Rusiya sülhməramlılarının yaradıcılıq potensialı daha çox humanitar aksiyalara söykənir, daha dəqiq ifadə etsək, özlərinin xidmətlərinə dəxili olmayan humanitar missiya yükləyirlər.
Bu dəfə “hörmətli” sülhməramlılar “Dağlıq Qarabağın Mardakert rayonunda” (ifadə sülhməramlılara aiddir - red.) erməni uşaqlar üçün humanitar aksiya keçiriblər. Bir dəqiqə, mövcud olmayan və erməni maraqlarını ifadə edən sözlərə görə, üzərimizə gəlməyin, sadəcə mövzu açılsın deyə sitatı olduğu kimi verdik.
Gördünüzmü? Bu, Rusiya Müdafiə Nazirliyinin məlumatında yer alır, utanmadan “Dağlıq Qarabağ” ifadəsinə müraciət edilir, Ağdərənin də adını erməni leksikonu ilə sırımaq istəyirlər.
Sülhməramlılar elə bu cümlə ilə 10 noyabr bəyanatında Rusiyanın üzərinə düşən öhdəliklərin icra səviyyəsinin üzərindən xətt çəkirlər, axı indi nə Dağlıq Qarabağ var, nə də ki, Ağdərə rayonu! Bunu edərək nəyin mesajını verirlər?
Açıq qalan məsələlərin tənzimlənməsi, yekun həllini tapması həm də rəsmi informasiyalarda ifadələrin düzgün seçilməsindən keçir axı!
Bunu da keçdik, onsuz sülhməramlılarınn belə hallara yol verməsinə az qala alışmışıq, amma adi qarşılamırıq və etiraz edirik.
Sülhməramlılar, cənab generallar, cənab polkovniklər, cənab mayorlar və digər cənablar, axı sizin işiniz uşaqlara nəsə paylamaqdan ibarət deyil.
Bu, ildə bir dəfə olsa, bəlkə də səsimizi çıxarmarıq, “əşşi, olub-olub da” deyib keçərik, amma sizin humanitar aksiyalarınız sistemli bir forma halına gəlib.
Sizin addımlarınız yerdə qalan problemlərin həllini ləngidir axı, siz nə edirsiniz və nə istəyirsiniz? Sizə etirazlar səngimir, reputasiyasınız haqqında fikirlər birmənalı deyil, heç olmazsa, belə addımlara yol verməyin ki, zədələnmiş nüfuzunuzun çatı genişlənməsin!