Almaniya sərhəddə gözləyən miqrantları qəbul etməyəcək
- 23-11-2021, 09:33
- Dünya
Almaniya hökuməti Avropa İttifaqı (Aİ) ərazisinə daxil olmaq üçün Polşa-Belarus sərhədində gözləyən miqrantlarla bağlı açıqlama verib.
“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökuməti Belarus prezidenti Aleksandr Lukaşenkonun mühacirlərin Polşa sərhədindən keçirilməsi təklifini rədd edib.
Hökumət sözçüsü Steffen Seibert bildirib ki, Almaniya kansleri Angela Merkelin Lukaşenko ilə keçən həftə görüşməsinə səbəb sərhəddəki acınacaqlı humanitar vəziyyət olub. O, sərhəddən keçən miqrantların qəbul edilməsinin müzakirə mövzusu olmadığını bildirib.
Merkel və Aİ Lukaşenkonu Polşa, Latviya və Litva sərhədlərindən miqrant qaçaqmalçılığını təşviq etməkdə ittiham edir.
Miqrant qaçaqmalçılığı ittihamını rədd edən Lukaşenko Merkeli sözünün üstündə durmadığına görə tənqid edib.
Lukaşenko “Belta”ya açıqlamasında, Merkelin ona bu məsələnin Aİ səviyyəsində müzakirə olunacağına söz verdiyini deyib: "Ancaq onların etdikləri bu deyil".