Nigerdə naməlum şəxslər məscidə hücum edib.
Hadisə ölkənin Tillaberi bölgəsində baş verib.
Şahidlərin sözlərinə görə, axşam namazı zamanı iki şəxs motosikletlərlə məscidin həyətinə daxil olub. Silahlılar azı 10 nəfəri öldürüblər.
Polis ərazidə motosikletlə hərəkəti qadağan edib.
Mənbə: “Frans-Press”