Məktəblərdə baş verən silahlı basqınlarla internetin əlaqəsi açıqlanıb
"Məktəblərdə həyata keçirilən silahlı basqınlara internetin destruktiv təsiri böyükdür". Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Perm Universitetində baş verən qanlı faciə haqqından danışarkən bildirib.
“İnternetin dağıdıcı təsiri tələbənin öz oxuduğu universitetdə qırğın törətdiyi Perm hadisi kimi faciələrə gətirir”, - deyə o, bildirib.
Onun fikrincə, bu və digər bənzər halların əsas səbəbləri yeniyetmələrin kifayət qədər təlim və tərbiyə ala bilməməsi ilə əlaqədardır.
“İnternet, televiziya, sosial şəbəkələr zorakılığı, həmyaşıdlarının problemlərinə biganə qalmağı, əxlaqsızlığı inkişaf etdirən tərbiyə mənbəyinə çevrildi. Uşaqlar internetdən çıxarılmalıdır”, - deyə İK rəhbəri bildirib.
“Yeniyetmələrin internetdən aldıqları destruktiv məlumatlar uşaqların zehnində zorakılığın təbii və normal hala gəlməsinə gətirib çıxarır. Həmçinin onlar hücum edənlərin mediada və sosial şəbəkələrdə qəhrəmana çevrildiyini görürlər. Bu böyük bir təhlükədir”, - deyə o, əlavə edib.
Bastrıkin hesab edir ki, yeniyetmələr, problemlərini düşmənləri zərərsizləşdirməklə həll edən kompyuter oyunları qəhrəmanlarından nümunə götürürlər:
“İndi isə sosial şəbəkərdə neqativ kontentlər dəbə minib. Mənfəət və şöhrət dalınca qaçan bloqerlər insanlara qarşı zorakılıqla bağlı videolar hazırlayır, hüquqazid hərəkətlər edirlər”.
İK rəhbəri belə paylaşımların milyonlarla gəncə pis nümunə olduğunu vurğulayıb:
“Bütün bunları seyr edən yeniyetmələrdə hansı dəyərlər formalaşa bilər? Cavab aydındır. Çox vaxt mahiyyəti ictimaiyyəti qəzəbləndirən müəyyən filmlər və ya sərgilərlə bağlı xəbərləri oxuyanda da onlara diqqət yetirməyi, öyrənməyi tapşırıram, axı söhbət dəyərlərimizdən gedir, onları itirsək, insanlığımızı itirərik”, - deyə Bastrıkin bildirib.
Mənbə: TASS