Müqavimət Cəbhəsi: “Əhməd Məsud Əfqanıstanı tərk etməyib”
Əfqanıstan Milli Müqavimət Cəbhəsinin liderlərindən biri olan Əhməd Məsud Əfqanıstanı tərk etməyib.
Bu açıqlama ilə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin liderinin yaxın adamı olan Qasim Məhəmmədi çıxış edib.
Q.Məhəmmədi bildirib ki, 32 yaşlı Məsud təhlükəsiz yerdədir və onun Əfqanıstanı tərk etməsi ilə bağlı yayılan şayiələr həqiqətə uyğun deyil.
“Məsud Pəncşir dərəsi ilə mütəmadi əlaqə saxlayır”, – deyə Q.Məhəmmədi vurğulayıb.
Q.Məhəmmədi həmçinin əlavə edib ki, “Taliban” hazırda Pəncşirin 70 faizinə nəzarət edir, lakin vilayətin dağlıq əraziləri Milli Müqavimət Cəbhəsinin tam nəzarəti altındadır.
Mənbə: “Fars News”