Rusiya Türkiyəyə qırıcı istehsalında kömək edə bilər
Rusiya Türkiyəyə beşinci nəsil qırıcı təyyarənin hazırlanmasında kömək edə bilər.
“RİA Novosti” xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bəyan edib.
O, bu işdə Türkiyəyə yardımın Rusiyanın milli maraqlarına xələl gətirməyəcək şəkildə edilə biləcəyini vurğulayıb.
Şuqayevin sözlərinə görə, Rusiya hərbi sənayesi qırıcı istehsalında yalnız daxili istehlak üçün nəzərdə tutulmuş müəyyən yeniliklərə sahibdir. Odur ki, bu sahədə Türkiyə ilə əməkdaşlığın çərçivələri dəqiq müəyyən olunmalıdır.