Tramp vaksinasiya lehinə kampaniya başlatmaqdan imtina edir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp müşavirlərinin tövsiyələrinə baxmayaraq, tərəfdarlarını koronavirusa qarşı vaksinasiyaya çağıran kampaniya başlatmağı düşünmür.
Bu barədə “The Daily Beast” məlumat yayıb.
Bildirilib ki, keçmiş dövlət başçısı bir neçə dəfə peyvənd lehinə fikirlər səsləndirib. Lakin bununla yanaşı, hər kəsin vaksinasiya məsələsində seçim azadlığının olduğunu da bildirib.
Eks-prezident öz mövqeyini tərəfdarları arasında COVID peyvəndinin populyar olmaması ilə əsaslandırıb.