Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə müsəlman ziyarətgahlarının idarəedilməsində iştirak edəcəklər
![](/uploads/posts/2021-08/thumbs/1628570955_pic_dac85331fc725f41f4be571fe2661bd9.jpg)
Bunu “Al-Arabiya” kanalına əl-Haram və ən-Nəbəvi məscidlərinin işləri üzrə Baş İdarənin rəhbəri Şeyx Əbdürrəhman əs-Südeys bildirib.
O, Anud əl-Abud və Fatimə ər-Rəşid adlı iki xanımı qadın auditoriyası ilə iş üzrə özünə köməkçi təyin edib.
Bununla yanaşı, əs-Südeys 320 xanımın adıçəkilən məscidlərdə zəvvarlara xidmət üçün hazırlandığını da qeyd edib.