Marmarisdə meşə yanğınlarına səbəb olan iki azyaşlı ifadə verdi
Türkiyədə Muğla şəhərinin Marmaris rayonunda dünən günorta saatlarından başlayan və bir nəfərin həyatının itirməsinə səbəb olan meşə yanğınları davam edir.
DHA xəbər verir ki, on yaşlı iki uşaq yanğına səbəb olmaları iddiası ilə saxlanılıblar.
İfadələri alınan uşaqlar bildiriblər ki, kitab yandırdıqları zaman yanğın başlayıb:
“Kitab yandırdıq, alov çoxaldı. Kola şüşəsinə su doldurub söndürmək istədik, sönmədi. Biz də qaçdıq”.
Yanğın quru otlar və küləyin təsiri ilə qısa müddətdə yayılmağa başlayıb.