Cənubi Koreyada bina avtobus dayanacağının üzərinə uçub: 9 nəfər ölüb
- 10-06-2021, 15:30
- Dünya
![](/uploads/posts/2021-06/medium/1623286397_2632003.jpg)
“Yonhap” agentliyinin məlumatına əsasən, işlərin aparıldığı bina gözlənilmədən qarşıdakı avtobus dayanacağının üzərinə uçub.
Qəza nəticəsində həmin anda dayanacaqda olan avtobusun içərisində və yaxınlığında olan 9 nəfər halak olub.
Ondan çox şəxsin isə yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilib.
Ölənlərin sayında artımın olması istisna edilmir.
Hazırda hadisənin səbəbləri araşdırılır.