Rusiya Azərbaycana aviareyslərin sayını artırır
Rusiya cari ilin iyun ayının 10-dan etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahdan jurnalistlərə bildirilib.
Məlumata görə, Rusiyadan Yunanıstan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiyaya da uçuşların sayı artırılacaq.
Qeyd olunub ki, müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq Rusiyanın operativ qərargahı, qarşılıqlı razılaşma əsasında 10 iyun 2021-ci il tarixindən etibarən Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, eləcə də Albaniya ilə müntəzəm beynəlxalq uçuşların bərpa edilməsi barədə qərar qəbul edib.