Çexiyanın Baş naziri və ailəsi ölümlə hədələnib
- 1-03-2021, 10:00
- Dünya
![](/uploads/posts/2021-03/medium/1614573046_59945b57-8d85-4e9b-9993-3c2704b5e5da_850.jpg)
Bu barədə “CNN Prima News” məlumat yayıb.
Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.
Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.
Ölkənin hüquq-mühafizə orqanları “Twitter”də faktla bağlı cinayət işinin açıldığını qeyd edib.
Bildirilib ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.