SON DƏQİQƏ: Şiddətli zəlzələ BAŞ VERDİ
- 21-01-2021, 17:05
- Dünya
İndoneziyada şiddətli zəlzələ olub.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ölkənin Şimali Sulavesi əyalətinin Talaud Adaları sahillərində 7,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Meteorologiya, İqlim və Geofizika Qurumu (BMKG) zəlzələnin episentrinin 154 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Təbiət hadisəsi nəticəsində ölü və ya yaralının olduğuna dair məlumat verilməyib.
Qeyd edək ki, İndoneziyada 28 sentyabr 2018-ci ildə Palu körfəzində baş verən 7,5 bal gücündəki zəlzələdən sonra 4 min 340 nəfər ölmüşdü.