Rusiya razılaşmadan çıxır - Proses başladı
- 15-01-2021, 16:34
- Dünya
Rusiya Açıq Səma Müqaviləsindən çıxmaq üçün daxili prosedurların həyata keçirilməsinə başlayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırlıq başa çatdıqdan sonra tərəflərə bildiriş göndəriləcək.
Qeyd edək ki, 1992-ci il martın 24-də Helsinkidə imzalanan Açıq Səma Müqaviləsinə əsasən, üzv dövlətlər hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilər. ABŞ ötən il müqavilədən rəsmi şəkildə çıxıb.