Putin Dövlət Şurasının tərkibini təsdiqlədi
- 22-12-2020, 10:31
- Dünya
Rusiya Dövlət Şurasının üzvləri bəlli olub.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Şuraya sədrliyi Prezident Vladimir Putin edəcək.
Köməkçisi İqor Levit isə baş katib vəzifəsini icra edəcək.
Dövlət Şurasında valilər, Duma və Federasiya Şurası prezidentləri, səlahiyyətli nümayəndələr, parlamentdəki partiyaların liderləri də yer alıb. Şuraya qatılan 26 bölgə liderindən 8-i qurumun fəaliyyətinə növbəli şəkildə qatılacaq.
Şuranın nəzdində sosial-iqtisadi inkişafdan məsul 18 komissiya yer alacaq. Moskva bələdiyyə sədri Sergey Sobyanin Dövlət İdarəetmə Komissiyasının prezidenti olacaq.
Mövcud qanunlara əsasən, Dövlət Şurası dövlət orqanlarının koordinasiyalı fəaliyyətini və əlaqələrini təmin etmək məsələsində dövlət başçısının səlahiyyətlərinin tətbiqinə töhfə verəcək məsləhətləşmə orqanıdır.