"Biz hər şeyi səhv etdik və bu dəhşətdir" - İsveç kralı
- 20-12-2020, 15:21
- Dünya
İsveç kralı Karl XVI Qustav öz ölkəsində koronavirusla bağlı həyata keçirilən mübarizə strategiyasının iflasa uğradığını bildirib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, monarx xalqa Milad müraciətində ölkənin tarixi boyu ciddi travma keçirdiyini etiraf edib.
O bildirib ki, Skandinaviya ölkələri ilə müqayisədə İsveçdə yoluxma və ölümün səviyyəsi onu deməyə əsas verir ki, bütün görülən tədbirlər fiaskoya uğradı:
"Pandemiya 8 min isveçlinin həyatına son qoyub. Mən hesab edirəm ki, biz hər şeyi səhv etdik və bu dəhşətdir".
Qeyd edək ki, İsveç digər Avropa ölkələrindən fərqli olaraq ciddi karantin elan etməmişdi və kütləvi immunitet qazanılması yolu seçmişdi.
Ölkənin baş epidemioloqunun təklif etdiyi mübarizə planı özünü doğrultmadı.