Главная > Cəmiyyət > Qanunsuz mərc oyunlarını reklam edən SAYTLAR BAĞLANACAQ
Qanunsuz mərc oyunlarını reklam edən SAYTLAR BAĞLANACAQ7-12-2020, 15:23. Разместил: azadses |
Bildiyimiz kimi, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamıları isə ölkəmizin kütləvi informasiya vasitələrinin rəsmi saytlarında yayımlanmaqdadır. Bəs, qanunsuz idman mərc oyunlarını reklam edən saytların aqibəti necə olacaq? ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatda bildirilib ki, ölkəmizdə həm hüquqi, həm texniki cəhətdən müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, qanunla qadağan edilən məlumatların internet informasiya ehtiyatlarında və başqa platformalarda yerləşdirilməsi kimi neqativ hallara rast gəlinir. “Qeyd olunan halların qarşısının alınması və istifadəçilər üçün daha da təhlükəsiz və etibarlı internet mühitinin yaradılması məqsədilə tərəfimizdən aidiyyəti qurumlarla birgə hüquqi, inzibati və texniki tədbirlər həyata keçirilməkdədir. Bu sahədə fəaliyyət, əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında adı çəkilən qanunun müvafiq maddələri ilə müəyyən edilmiş, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi halı ilə bağlı əsaslandırılmış məlumatlar daxil olduqda, məsələ ilə əlaqədar ilkin olaraq internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə, həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müvafiq qaydada məhkəməyə müraciət edilir. Bu kimi hallar ilə də bağlı aidiyyəti qurumlar tərəfindən müraciət daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə müvafiq qaydada lazımi tədbirlər görülür", -deyə nazirlikdən bildirilib. Вернуться назад |