Главная > Cəmiyyət > Paraddan sonra komendant saatı ləğv edilir?-AÇIQLAMA

Paraddan sonra komendant saatı ləğv edilir?-AÇIQLAMA


7-12-2020, 10:29. Разместил: azadses
Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ Azərbaycanda komendant saatının nə zaman bitəcəyi və döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır. Qeyd edək ki, dekabrın 10-da Qələbə Paradı keçiriləcək. Bir çoxları Qələbə paradından sonra komendant saatının ləğv ediləcəyini iddia edir.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, Qələbə paradından sonra komendant saatı ləğv edilə və yaxud da saatı uzadıla bilər:
"Komendant saatı insanlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində vacib addımdır. Pandemiya ilə bağlı görülən tədbirlərlə üst-üstə düşdüyünə görə komendant saatı saxlanılır. Unutmamalıyıq ki, erməni təxribatı hələ bitməyib. Hər şey bitdi demək üçün hələ tezdir. Hər şey bitmədiyinə görə hərbi vəziyyəti ləğv etmək düzgün olmazdı. Hərbi vəziyyət qaldığına görə komendant saatı da qüvvədə qalmaqdadır. Amma müəyyən qədər komendant saatı uzadıla bilər. Yəni komendant saatı 9-da deyil, 12-də başlaya bilər".

Вернуться назад