Главная > Cəmiyyət > Azərbaycanda restoranlar və bərbərxanalarla bağlı qadağa aradan qaldırıldı
Azərbaycanda restoranlar və bərbərxanalarla bağlı qadağa aradan qaldırıldı7-12-2020, 08:07. Разместил: azadses |
Bu gün saat 06:00-dan etibarən bütün sahələr üzrə dayandırılan yerində xidmətlər yenidən bərpa olundu. ''Azad Səs'' xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatında bildirilib. Qərara müvafiq olaraq, şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında, kafe-restoranlarda və digər iaşə obyektlərində yerində xidmət dayandırılır. Qərar 2020-ci il 21 noyabr saat 00:00-da qüvvəyə minib və bütün ölkə ərazisində 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri qüvvədədir. Вернуться назад |