Главная > Cəmiyyət > Deputat etiraz etdi: “Koronavirusun dərmanları apteklərdə niyə yoxdur?”
Deputat etiraz etdi: “Koronavirusun dərmanları apteklərdə niyə yoxdur?”6-12-2020, 15:27. Разместил: azadses |
“Lənətə gəlmiş COVİD-19 virusunun müalicəsinin iki əsas dərmanı əldə satılır. “Favirpiravir” və “Kleksan” (iynə). Sovet vaxtı "Kubinka" deyilən yer var idi, ürəyin istədiyin şeyi gedib oradan alırdın. İndi Kubinka yoxdur. Heç olmasa bu vacib dərmanları "Sədərək" Ticarət Mərkəzinə gətirsinlər ki, camaatımız bir ünvanda yerini bilsin”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib. “Niyə apteklərdə bu dərmanlar yoxdur? Əgər birincini Türkiyə, Banqladeş, Hindistan kütləvi istehsal edirsə, bu dərmanlar niyə apteklərdə yoxdur!?” – E.Əliyev sual ünvanlayıb. Вернуться назад |