Главная > Cəmiyyət > Ermənilər Zəngəzurda 8 kilometr geri çəkildi

Ermənilər Zəngəzurda 8 kilometr geri çəkildi


5-12-2020, 09:48. Разместил: azadses
Laçın rayonunun Azərbaycana təhvil verilməsindən sonra Sünik vilayətinin (Zəngəzur mahalı – red.) Kornidzor kəndi sərhədyanı əraziyə çevrilib. Kənd artıq sərhəddən 400 metr kənarda yerləşir, erməni mövqeləri isə kənddən 200 metr aralıdadır.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu Kornidzor kəndinin sədr müavini Arkadi Xaçatryan deyib.
“Biz çox irəlidə idik, ayın 1-dən isə 8 km geri çəkildik. Neynəmək olar, dövlət sərhədi buradan keçir, sərhədi isə GPS-in köməyilə çəkirlər. 23 il bu ərazi bizim kəndə məxsus olub, bu əkin yerlərini türklərə (Azərbaycan - red) verdilər, indi biz əziyyət çəkdik. Hazırda onlar kənddəki yeganə yolun üç tərəfindədirlər. Bu, həyat yoludur”, - Xaçatryan bildirib.
Xaçatryanın sözlərinə görə, torpaqlar əldən çıxdığı üçün hazırda təsərrüfat istiqamətini dəyişməyə məcburdurlar.
Qeyd edək ki, Ermənistan işğal altında saxladığı bütün sərhəd rayonlarımızda özbaşına sərhəd dəyişikliyi etməklə, nə vaxtsa torpaqların azad ediləcəyi təqdirdə bu ərazilərin özündə qalmasını təmin etməyə çalışıb. Belə ki, əgər həmin ərazilər hərb yolu ilə alınsaydı, sərhədləri bərpa etmək üçün Azərbaycanın istənilən cəhdi İrəvan tərəfindən “Ermənistana müdaxilə” bəhanəsinə çevrilə və KTMT-yə müraciət üçün “əsas” yarada bilərdi.
Beləliklə, ermənilər mümkün məğlubiyyət zamanı sərhədi qabağa çəkməklə oğurladıqları torpaqları özlərinə qatmağa çalışmışdılar.
Ərazilərin qaytarılmasından sonra həm də bəlli oldu ki, Ermənistan bu hiylədən Kəlbəcərdəki Söyüdlü-Zod qızıl mədənində də istifadə edib və yatağı büsbütün öz ərazisinə “daxil edib”.
Xatırladaq ki, hazırda sərhədlərin müəyyənləşməsi ilə ermənilərin bu addımı qəsdən atdığı, zəbt etdikləri ərazilərimizdən isə sui-istifadə etdikləri, torpağın yeraltı-yerüstü sərvətlərindən maksimum bəhrələndikləri ortaya çıxır. Təsadüfü deyil ki, Xaçatryan da “kənd təsərrüfatının istiqamətini dəyişməyə məcbur olduqlarını” deyir. Bu isə o deməkdir ki, Azərbaycan bütün bunlara görə təzminat tələb etmək hüququna malikdir.
Sadəcə, bütün bu faktları qeydə almağa böyük ehtiyac var


Вернуться назад