Главная > Cəmiyyət > "İnsanlar təcili yardımla əlaqə yarada bilmirlər" - VƏZİYYƏT PİSLƏŞİB

"İnsanlar təcili yardımla əlaqə yarada bilmirlər" - VƏZİYYƏT PİSLƏŞİB


3-12-2020, 10:08. Разместил: azadses
“Biz koronavirusun yayılmasının qarşısını ala bilmədik. Bu baxımdan, artıq əsas məsələ virusun qarşısını almaq yox, ağır xəstələrin müalicəsini təmin etməkdir”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib. O, müəyyən təkliflər də səsləndirib:
“TV-lərdə 24 saat COVID-19 virusunun müalicəsi ilə məşğul olan həkimlərin konsultatsiyaları təşkil edilməlidir. Çünki insanlar həkim tapmır, bir-birindən resept öyrənr, yaxud da koronavirusdan anlayışı olmayan həkimlərin yazıdığı müalicəni alırlar. Bu da bir çox hallarda əks effekt verir. Bu baxımdan, TV-lərdə koranavirus həkimlərinin konsultatsiyasının olması önəmlidir”.
A.Əliyev TƏBİB-in və Səhiyyə Naziriyinin fəaliyyətini tənqid edib:
“İnsanlar TƏBİB-in qaynar xəttinə, təcili yardıma, poliklinikalarla əlaqə yarada bilmirlər. Təsəvvür edin, xəstənin vəziyyəti pisdir və təcili tibbi yardıma zəng edir, bu zaman ya xəttə düşmək olmur, ya da telefonlara cavab verilmir.
Qəti şəkildə həkimləri qınamaq istəmirəm, amma işin təşkili çox yanlış qurulub. TƏBİB-də və Səhiyyə Nazirliyində kifayət qədər boşluq var. Xüsusilə son günlər TƏBİB-lə bağlı şikayətlərin sayı həddindən artıq çoxalıb”.

Вернуться назад