Главная > Cəmiyyət > “Xankəndidə Azərbaycan manatı işləyəcək”
“Xankəndidə Azərbaycan manatı işləyəcək”2-12-2020, 12:31. Разместил: azadses |
"Oralar Azərbaycan əraziləridir. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Müvəqqəti olaraq əraziyə sülhməramlılar yerləşdirilib”. ''Azad Səs'' Pravda.az istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, digər 4 rayonumuzda da Azərbaycan qanunları keçərlidir. "Xocalı, Xankəndi, Xocavənd, Ağdərə Azərbaycan əraziləri olduğu üçün orada Azərbaycan qanunları keçərlidir. O cümlədən, Azərbaycanın milli valyutası da orada fəaliyyət göstərməlidir. Heç bir status-kvodan söhbət gedə bilməz. Müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz siyasi həllini tapsın. Sadəcə müəyyən qədər vaxta ehtiyac var”.Qazet.az Вернуться назад |