Главная > Cəmiyyət > Xeyir iş , xeyir əməl.

Xeyir iş , xeyir əməl.


19-01-2020, 13:51. Разместил: azadses
Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində ana­dan olub. Əslən Şab­ran rayonundan­dır. Atası Əsədov Sahib Məmməd oğlu uzun müddət müəllim işləmişdir.  
Mahirə Əsədova ali təhsillidir. İqtisa­diy­yat Univer­sitetinin Beynəlxalq Münasibətlər və Odlar Yurdu Univer­sitetinin  hüquq­ fakültə­lərini bitirmişdir.  
"Yeni Yurd " Sosial İnkişaf İctimai Birliyinin sədridir. Ailəlidir, bir övladı var. " "Azərbaycan qadını " layihəsi ilə ictimai fəaliyyətə başlayan Mahirə Əsədova 10 ildən artıqdır ki , " Yeni Yurd " İctimai birliyinin rəhbəridir. Màhirə xanım 15  ildən artıq bir müddətdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Ölkəmizdə və ölkəmizdən kənarda onun maliyyə dəstəyi hessbına başa gələn bir çox layihələr var. Mahirə Əsədovanın  ölkəmizin ictimai , siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən müxtəlif mövzulu kitabların nəşr olunmasında da böyük əməyi var.   Dünya şöhrətli siyasətçi Heydər Əliyevin azərbaycan qadınına verdiyu yüksək dəyər və hörməti özündə əks etdirən  "Azərbaycan qadını"  kitabını nəşr etdirib. Bundan başqa Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Mən Azərbaycanlıyam" və "Zərifliyin keşiyində böyük dayaq" filimləri onun maliyyə dəstəyi ilə hazırlanıb. Türkiyə və Azərbaycan dövlətlərinin əbədi  qardaşlığından  bəhs edən "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir" sənədli filimi də Mahirə xanımın adı ilə əlaqəlidir. 
M. Əsədova H. Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya ədalət beynəlxalq məlumatlandırma kompaniyasına dəstək olaraq , öz maliyyəsi  ilə Türkiyənin Bolu şəhərində yerləşən  Qarabağ parkında "Xarı bülbül" abidəsini inşa etdirmişdir. 
Mahirə Əsədova tez - tez ön cəbhə rayonlarına gedərək , əsgər və zabitlərlə görüşlər keçirir. Onun  təşəbbüsü və maliyyə dəstəyi ilə cəbhə bölgələrində   məcburi köçkünlərimizin su problemlərinin həllinə dəstək olaraq 5 artizyan quyu və şəhidlərimizin xatirəsinə 5 bulaq inşa etdirib.
Mahirə xanım öz rayonunun da hər zaman problemləri ilə maraqkanmış ,  rayonda  iftar süfrələrinin verilməsində,  ona  müraciət edən neçə-neçə imkansız ailələrin müalicəsi və əməliyyatlarına , qısa bir yolun çəkilməsində , doğma kəndi olan  Dağbilici kəndində yerləşən məscidinin yenidən təmir olunmasına maddi dəstək göstərmişdir. 
Əziz seçiçilər , səsinizin ali kürsüdən yüksək səviyyədə səslənməsini , problemlərinizin həllinə dəstək olmağı istəyirsinizsə ,       MAHİRƏ ƏSƏDOVAYA  səs verin. — Mahire Esedova ile birlikte.
Вернуться назад