Главная > Cəmiyyət > Vüsal Şahkərəmov döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına nə deyib? - AÇIQLAMA

Vüsal Şahkərəmov döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına nə deyib? - AÇIQLAMA


30-11-2020, 13:15. Разместил: azadses
Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərində vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
''Azad Səs'' BAXAR.AZ-a istinadən xəbər verir ki, əsgərin atası İslam Şahkərəmov bu barədə ölkə.az-a bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib:
"Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".".
Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vətən müharibəsinin əsas simalarından hesab edilir.

Вернуться назад