Главная > Cəmiyyət > Bu ərazilər ermənilərə belə verildi - Tarixçi

Bu ərazilər ermənilərə belə verildi - Tarixçi


30-11-2020, 12:00. Разместил: azadses
Zəngəzur məsələsi Cümhuriyyət dövründə mübahisəli ərazilərimizdən biri idi.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tarixçi Elmar Həsənli Zəngəzurun Ermənistana verilmə tarixçəsindən danışarkən deyib.

Tarixçinin sözlərinə görə, bu ərazini daha çox mübahisəli ərazi məsələsinə çevirən Sovet İttifaqı, xüsusilə də Qriqori Orconikidze olub:
“Biz türk və müsəlman bir bolşevikin əli ilə tarixi Azərbaycan ərazilərini düşmənə güzəştə getdik. Bizi buna Sovet İttifaqı məcbur etdi. 1918-ci il hadisələri, yəni türk qoşunları yenidən Azərbaycana daxil olmasın deyə, bu ərazini “güzəştə” getməyə məcbur edildik. Sovet İttifaqı Azərbaycanın Türkiyə ilə əlaqələri kəsilsin deyə bu addım atdı. Beləliklə, 4,5 min kv/km ərazi ermənilərə verildi. Bu, tarixə bədnam "1 dekabr bəyanatı" kimi düşdü”.


Вернуться назад