Главная > Cəmiyyət > ““Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər...”

““Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər...”


29-11-2020, 13:28. Разместил: azadses
“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu təkliflə  tanınmış vəkil Ceyhun Yusifov çıxış edib.
 
O bildirib ki, tarixdən dərs götürməsək, 10 il sonra “murdarların” yeni iddiaları ilə rastlaşacağıq: “O zamankı hakimiyyət 1988-1990-cı illərdə biz Qərbi Azərbaycan qaçqınlarını Qarabağda məskunlaşdırsaydı, nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpağımız işgal edilərdi. Yenə də gec deyil.  “Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycandan olan qaçqınların da Qarabağ ərazisində məskunlaşmasını həyata keçirməlidi. Bu, hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının normativlərinə tam uygundur”.

Вернуться назад