Главная > Cəmiyyət > “Hell”in şirkəti 130 min cərimələnib

“Hell”in şirkəti 130 min cərimələnib


28-11-2020, 15:17. Разместил: azadses
Azərbaycanda “Hell” energetik içkilərinin idxalını və satışını həyata keçirən “Coast Castle” MMC-nin 67 200 avro (təxminən 130 min manat) cərimələnməsi barədə məhkəmə çəkişməsi davam edir.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, şirkət 2019-cu ildə  Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cərimlənib.
 
MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham edilib.
 
“Coast Castle” MMC-nin qərarın icrasına xitam verilməsinə dair verdiyi vəsatət noyabrın 18-də Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.
 
Şirkət bu qərardan da apelyasiya şikayəti verib. Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayevin qərarı ilə iş hərəkətsiz saxlanılaraq birinci instansiya məhkəməsinə qaytarılıb.
 
Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.Qafqazinfo

Вернуться назад