Главная > Cəmiyyət > Azərbaycan əsgəri Şuşa yolunda minaya düşərək şəhid oldu

Azərbaycan əsgəri Şuşa yolunda minaya düşərək şəhid oldu


28-11-2020, 11:44. Разместил: azadses
Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.
 
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.
 
Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə - Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.

Вернуться назад