Главная > Cəmiyyət > Laçının bu kəndləri tam boşaldıldı
Laçının bu kəndləri tam boşaldıldı28-11-2020, 09:33. Разместил: azadses |
Laçının 50-yə yaxın yaşayış məskəninin əhalisi oranı artıq tam tərk edib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu “Laçın icmasının” rəhbəri Narek Aleksanyan deyib. “Bu günə qədər 47 yaşayış məntəqəsinin əhalisi tam köçürülüb”, - o bildirib. Onun sözlərinə görə, ərazinin Azərbaycana təhvil verilməsi dekabrın 1-nə təyin olunub və hazırda sakinlərin köçürülməsi prosesi davam edir. Aleksanyan Laçın şəhərində, eyni zamanda Gorusla sərhəddə yerləşən Zabux və Sus (Sus da Zabux kənd ərazi vahidinə aiddir) kəndlərində sakinlərin qala biləcəkləri haqda məlumat aldığını bildirib: “Bizə Xankəndidən (keçmiş qondarma "dqr" nəzərdə tutulsa da, konkret ad və ünvan göstərilməyib - red.) bildirildi ki, Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində yaşayanlar hələlik qala və icma kimi yaşaya da bilərlər. İndi sakinlərdən asılıdır – onlar buna könüllü qərar verəcəklər, qalacaqlar, ya yox. Ancaq dəqiqliyini bilmirik. Heç kəs bilmir ki, bir saatdan sonra hansı qərar olacaq”. N.Aleksanyan icmanın da qalmaması barədə qərar veriləcəyi halda belə köçün çətin olmayacağını vurğulayıb. Bildirib ki, hələ müharibə davam edərkən rayondakı sakinlər, o cümlədən şəhər əhalisinin böyük əksəriyyəti öz əşyalarını da yığışdıraraq, çıxıb gedib. Qeyd edək ki, ərazisi 1.835 kv/km olan Laçın rayonu 18 may 1992-ci ildə işğal edilib. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd var.Axar.az Вернуться назад |