Главная > Cəmiyyət > Həftəsonu avtobusların fəaliyyəti dayandırılır

Həftəsonu avtobusların fəaliyyəti dayandırılır


28-11-2020, 08:58. Разместил: azadses
Bu gündən noyabrın 30-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
 
''Azad Səs'' xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
 
Qərara əsasən, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Вернуться назад