Главная > Cəmiyyət > SOCAR-da çalışan əsgər: “Anasız böyümüşəm. Anam Vətənimdir!”
SOCAR-da çalışan əsgər: “Anasız böyümüşəm. Anam Vətənimdir!”27-11-2020, 16:22. Разместил: azadses |
II Qarabağ müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var. ''Azad Səs'' xəbər verir ki, o, 2008-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O, Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib. Uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir. "Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!", - SOCAR-ın məlumatında deyilir. Вернуться назад |