Главная > Cəmiyyət > Deputatdan əsirlikdə olan Aminlə bağlı AÇIQLAMA
Deputatdan əsirlikdə olan Aminlə bağlı AÇIQLAMA27-11-2020, 09:13. Разместил: azadses |
Sosial şəbəkələrdə erməni əsirliyində olan Amin Musayevin evə qayıtması ilə bağlı video yayılıb. Lakin əfsuslar olsun ki, həmin videodakı əsgər Amin deyil. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib. A.Məmmədov bildirib ki, Amin hələ də erməni əsirliyindədir: “Paylaşılan videodan sonra isə hər kəs Aminin ailəsinə zəng edir. Aminin ailəsi kimi, bütün Azərbaycan cəmiyyəti əsirlikdə olan hərbçilərimizin taleyine görə narahatdır. Unutmaq olmaz ki, bu, mənəvi məsələdir və hər kəs bu məsələdə məsuliyyətli olmalıdır!” Вернуться назад |